“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlərin təşkili” adlı yeni bir layihənin icrasına başlanıldı

2019-05-10

MAGİYA ictimai birliyi tərəfindən Lənkəranda ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlərin təşkili” adlı yeni bir layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə 10 may – 10 avqust 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6000 AZN təşkil edir. Layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqlar və onların həyat tərzi, habelə onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir. Layihə çərçivəsində respublika üzrə müxtəlif etnik qrupların (azsaylı xalqların nümayəndələri) təmsilçiləri olmaqla, 18-35 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda, habelə Astara və Lerik rayonlarında 28-30 iyun tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 16 iyun 2019-cu il, Saat 24.00-adək təşkilata müvafiq ərizə ilə müraciət edə bilərlər.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur