“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
 Təsisat tarixi

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi 31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır.

İctimai birlik 31 may 2005-ci il tarixində Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Qeydiyyat № 1105-Q4-1733).

Birliyin fəaliyyət dairəsi Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Respublikanın cənub bölgəsində təsis edilən ilk gənclər təşkilatı olan MAGİYA ictimai birliyi yarandığı dövrdən müxtəlif hökümət (Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Məşğulluq Mərkəzi,Lənkəran Regional HİV/AİDS Diaqnostika Laboratoriyası və s.), qeyri-hökümət (Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Nümayəndəliyi və s.) və digər qurumlarla (Lənkəran bələdiyyəsi, Cənub Regional Televiziyası və s.) sıx əməkdaşlıq etmiş və birlikdə bir sıra layihələri (tədbirləri) uğurla həyata keçirmişdir.

MAGİYA ictimai birliyi həmçinin yerli mətbuat orqanları (“Cənub Xəbərləri”, “Zaman Azərbaycan” qəzetləri və s.) da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu media qurumları ilə də çox sıx əməkdaşlıq edir. Belə ki, “Amerikanın Səsi” (“Voice of America”), BBC və digər media qurumları tərəfindən ictimai birliyin fəaliyyəti dəfələrlə çox yüksək qiymətləndirilmişdir. İctimai birliyin həmtəsisçisi A.Ə.Məlikov ictimai fəaliyyətindəki aktivliyinə görə, xüsusilə də, regionda HİV/AİDS sahəsində ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması işlərinə görə, BBC-nin dəvəti ilə 12-15 mart 2008-ci il tarixində İngiltərənin paytaxtı Londonda işgüzar səfərdə olmuşdur.

MAGİYA ictimai birliyi 2005-ci ildən “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası”, 2006-cı ildən “Uşaq hüquqları üzrə QHT Alyansı”, 2009-cu ildən isə “İnsan Alverinə Qarşı QHT Koalisiyası”nın  tam hüquqlu üzvüdür.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur