|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda gənclər üçün “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir!” adlı yeni bir layihəyə start verildi 2016-05-10 MAGİYA ictimai birliyi Lənkəranda “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir!” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 10 may – 10 avqust 2016-cı il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6700 AZN təşkil edir. Layihənin məqsədi erkən nikahlar mövzusunda gənclərin maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 16-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 15-17 iyul tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirin nailiyyətləri, nəticə və yekunu barədə 06 avqust 2015-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək istəyən gənclər 03 iyul 2016-cı il, Saat 24.00-adək təşkilata müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|