“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda regionun ən böyük gənclər layihəsinin mətbuat konfransı keçirildi

2014-03-28

28 mart 2014-cü il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə liderlik layihəsinin məzunları da daxil olmaqla, 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Onlar xüsusilə də, liderlik layihəsinin məzunları tərəfindən üç rayonda – Bərdə, Astara və Lənkəranda uğurla həyata keçirilən 4 yerli icma layihələri/təklifləri barədə danışdılar. Həmçinin onlar qeyd etdilər ki, layihənin büdcəsi 32000 dollar olmuşdur və bu da təşkilata regionda daha bir ən böyük gənclər layihəsinin həyata keçirilməsinə böyük bir imkan vermişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Azərbaycan Respublikasının regionlarından olan gənclərinin bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı NDİ və USAİD-ə minnətdarlıq etdi.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur