“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Astara rayonunda “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində təlim kurslarına start verilmişdir

2014-02-17

MAGİYA ictimai birliyi 10-17 fevral 2014-cü il tarixlərində ABŞ Dövlət Departamentinin maliyyə və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində Astara rayonunda 30 təlim kursu həyata keçirmişdir. Layihənin məqsədi icmalarda məktəb şagirdlərini, universitet tələbələrini, gəncləri və digər tərəfləri bilgiləndirmək və sonradan insan alverinin qarşısının alınması və öz icmalarında həmyaşıdları arasında təhlükəsiz miqrasiya barədə məlumatları yaymaqdan ibarətdir. Astara rayon Təhsil Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbdə, Z.M.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə, Ceyhun Babayev adına Astara şəhər 3 saylı orta məktəbdə, Ş.Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbdə, Astara şəhər 5 saylı orta məktəbdə, F.Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbdə, Rasim Camalov adına Astara şəhər 7 saylı tam orta məktəbdə, Davud Əsədov adına Şahağacı kənd 2 saylı tam orta məktəbdə, R.Mirzəyev adına Şahağacı kənd 1 saylı orta məktəbdə, Nizami Gəncəvi adına Şiyəkəran kənd 1 saylı orta məktəbdə, Oktay Yəhyayev adına Şiyəkəran kənd 2 saylı tam orta məktəbdə, M.F.Axundov adına Pensər kənd 1 saylı orta məktəbdə, Z.Ə.Əhmədzadə adına Pensər kənd təbiət və texniki fənnlər təmayüllü orta məktəb-liseydə, Polad Həsənov adına Telman kənd tam orta məktəbdə, Məhərrəm Abiyev adına Vaqo kənd tam orta məktəbdə, Siyaku kənd tam orta məktəbdə, Şağlazüzə kənd tam orta məktəbdə, Səməd Vurğun adına Təngərüd kənd orta məktəbdə, Nizami Vəliağa oğlu Əliyev adına Maşxan kənd orta məktəbdə, Nail Həsənov adına Kijəbə qəsəbə orta məktəbdə, A.Hidayətov adına Lovayin kənd tam orta məktəbdə, N.Kərimov adına Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbdə, F.Qasımov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəbdə, S.Kələntərov adına Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbdə, Ərçivan qəsəbə 4 saylı tam orta məktəbdə, Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbdə, Azad İbrahimov adına Şuvi kənd tam orta məktəbdə, Yalçın Nəsirov adına Sərək kənd orta məktəbdə, Cəfər Cabbarlı adına 1 saylı Kakalos kənd orta məktəbdə və Astara Humanitar Kollecində müvafiq təlim kursları təşkil olunmuşdur. Təlim kurslarında ümumilkdə 925 şagird və tələbə iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında insan alveri riskləri və təhlükəsiz miqrasiya məsələləri geniş müzakirə olunmuş və iştirakçılara müvafiq kitabça və bukletlər paylanılmışdır. Təlim kursları ərzində heyət üzvləri müxtəlif təqdimatlar, fokus qrup müzakirələri, beyin həmləsi və debat kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və mövzu ilə əlaqədar bir neçə sosial çarxlar izlənilmişdir. Sonda regiondakı şagirdlərin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donorlarına minnətdarlıq etmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur