“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Avqust ayı ərzində liderlik proqramının məzunları tərəfindən cənub bölgəsində 5 icma əsaslı təklif / layihə həyata keçirilmişdir

2012-08-31

“Zibillə çirklənmiş küçənin nümunəvi küçəyə çevrilməsi” adlı 270 manat məbləğində olan birinci icma əsaslı layihənin həyata keçirilməsi çərçivəsində liderlik proqramının məzunları və onların könüllüləri Lənkəran şəhərinin M.Əsədov küçəsindəki zibilləri təmizləmiş, küçə boyu 4 ədəd zibil qutusu və digər zəruri avadanlıqlar qoymuş və sakinlər arasında maarifləndirici vərəqələr paylamışlar.

image

“İşıqlı icma” adlı 140 manat məbləğində olan ikinci icma əsaslı layihənin həyata keçirilməsi çərçivəsində liderlik proqramının məzunları və onların könüllüləri Lənkəran rayonunun Moğonojoba kəndindəki (Şürük) küçədə 8 ədəd sensor lampa, 15 ədəd adi lampa, 75 metr kabel və digər zəruri elektrik avadanlığları alaraq elektrik dirəklərinə bərkitmiş, işıq dirəklərini əhənglə ağartmış və küçəni işıqlandırmışlar.

image

“Küçənin zibillərdən təmizlənməsində icmalarla iş adlı 120 manat məbləğində olan üçüncü icma əsaslı layihənin həyata keçirilməsi çərçivəsində liderlik proqramının məzunları və onların könüllüləri Lənkəran şəhərinin Mirmustafaxan küçəsindəki zibilləri təmizləmiş, küçə boyu 3 ədəd zibil qutusu qoymuş və sakinlər arasında maarifləndirici vərəqələr paylamışlar.

image

“İcmada kanalizasiya probleminin həlli” adlı 80 manat məbləğində olan dördüncü icma əsaslı layihənin həyata keçirilməsi çərçivəsində liderlik proqramının məzunları və onların könüllüləri 5 ədəd kanalizasiya borusu və digər zəruri avadanlığlar alaraq Masallı rayonunun Ərkivan qəsəbəsinin əsas hissələrindən birində açıq kanalizasiya sistemini qapalı rejimə keçirmişlər.

image

“Biləsuvar rayonunda gənc kitabsevərlərin birliyinin yaradılması” adlı 20 manat məbləğində olan beşinci icma əsaslı layihənin həyata keçirilməsi çərçivəsində liderlik proqramının məzunları və onların könüllüləri Kitab klubu üçün 4 ədəd yeni kitab almışdır. Eləcə də, MAGİYA ictimai birliyinin heyəti Biləsuvar şəhərindəki Kitab klubuna ümumilikdə 19 ədəd kitab – 10 Rus ədəbiyyatı, 5 İngilis ədəbiyyatı və 4 Azərbaycan ədəbiyyatı töhvə kimi vermişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur