“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Masallı rayonunda “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində təlim kurslarına start verilmişdir

2014-01-25

MAGİYA ictimai birliyi 16-25 yanvar 2014-cü il tarixlərində ABŞ Dövlət Departamentinin maliyyə və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində Masallı rayonunda 30 təlim kursu həyata keçirmişdir. Layihənin məqsədi icmalarda məktəb şagirdlərini, universitet tələbələrini, gəncləri və digər tərəfləri bilgiləndirmək və sonradan insan alverinin qarşısının alınması və öz icmalarında həmyaşıdları arasında təhlükəsiz miqrasiya barədə məlumatları yaymaqdan ibarətdir. Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə Masallı şəhər 3 saylı tam orta məktəbdə, Masallı şəhər 2 saylı tam orta məktəbdə, Masallı şəhər S.Tağıyev adına 4 saylı Digah tam orta məktəbdə, Masallı şəhər Seybətin tam orta məktəbdə, İsbəndiyar Zülalov adına İskəndərli kənd tam orta məktəbdə, C.Qasımov adına Bambaşı kənd tam orta məktəbdə, Ərzuman İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbdə, Bəyalı Məmmədov adına Böyük Xocavar kənd orta məktəbdə, B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbdə, N.Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbdə, Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbdə, Bədəlan kənd tam orta məktəbdə, N.Gəncəvi adına Boradigah qəsəbə 1 saylı ümumtəhsil orta məktəbdə, Səməd Vurğun adına Türkoba kənd tam orta məktəbdə, Dəmirçi kənd ümumi orta məktəbdə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı orta məktəbdə, Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbdə, Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı orta məktəbdə, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbdə, Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbdə, Qızılağac kənd 2 saylı orta məktəbdə, S.Xəlilov adına Qızılağac kənd 1 saylı orta məktəbdə, Yeddioymaq kənd 1 saylı orta məktəbdə, T.M.Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı ümumtəhsil orta məktəbdə, Hüseynhacılı kənd ümumi orta məktəbdə, Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbdə, Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbdə, F.Xancanov adına Musakücə kənd tam orta məktəbdə, Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbdə və Masallı şəhəri, “Dəfinə” məktəb-liseydə müvafiq təlim kursları təşkil olunmuşdur. Təlim kurslarında ümumilkdə 865 şagird iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında insan alveri riskləri və təhlükəsiz miqrasiya məsələləri geniş müzakirə olunmuş və iştirakçılara müvafiq kitabça və bukletlər paylanılmışdır. Təlim kursları ərzində heyət üzvləri müxtəlif təqdimatlar, fokus qrup müzakirələri, beyin həmləsi və debat kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və mövzu ilə əlaqədar bir neçə sosial çarxlar izlənilmişdir. Sonda regiondakı şagirdlərin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donorlarına minnətdarlıq etmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur