|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cəlilabad rayonunda “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində təlim kurslarına start verilmişdir 2013-12-29 MAGİYA ictimai birliyi 25-29 dekabr 2013-cü il tarixlərində ABŞ Dövlət Departamentinin maliyyə və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində Cəlilabad rayonunda 30 təlim kursu həyata keçirmişdir. Layihənin məqsədi icmalarda məktəb şagirdlərini, universitet tələbələrini, gəncləri və digər tərəfləri bilgiləndirmək və sonradan insan alverinin qarşısının alınması və öz icmalarında həmyaşıdları arasında təhlükəsiz miqrasiya barədə məlumatları yaymaqdan ibarətdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cənub Regional Nümayəndəliyinin rəhbəri Ziya İsmayılov və Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə Sabir Rəzzaqov adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə, Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənnlər təmayüllü məktəb – liseydə, Cəlilabad şəhər Nizami adına 1 nömrəli humanitar və təbiət fənnləri təmayüllü məktəb – liseydə, Cəlilabad şəhər Zərifə Əliyeva adına orta məktəbdə, V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə, V.Hüseynov adına Göytəpə şəhər 2 nömrəli tam orta məktəbdə, Ş.Soltanov adına Qarazəncir kənd tam orta məktəbində, Ş.Nəzərov adına Ocaqlı kənd 1 nömrəli tam orta məktəbdə, Alar kənd 1 saylı tam orta məktəbdə, E.Hüseynov adına Privolnoye kənd 1 nömrəli tam orta məktəbdə, Privolnoye kənd 2 saylı tam orta məktəbdə, Ş.İ.Xətai adına Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbdə, Şükür Xudiyev adına Cəlilabad şəhər 5 nömrəli ümumi orta məktəbdə, Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbdə, Muğan kənd tam orta məktəbdə, N.Alışanov adına Maşlıq kənd tam orta məktəbdə, Kazımabad kənd tam orta məktəbdə, Komanlı kənd tam orta məktəbdə, Bəcirəvan kənd tam orta məktəbdə, Həziabad kənd tam orta məktəbdə, Vüqar Niftullayev adına Günəşli kənd 1 nömrəli tam orta məktəbdə, Ə.Həsənov adına Günəşli kənd 2 nömrəli tam orta məktəbdə, Alar kənd 2 nömrəli tam orta məktəbdə, Rauf Quliyev adına Alar kənd 3 nömrəli tam orta məktəbdə, C.Əliyev adına Ocaqlı kənd 2 nömrəli tam orta məktəbdə, E.Yusubov adına Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbdə, Rauf Hüseynov adına Uzuntəpə kənd 2 saylı tam orta məktəbdə, Naib Qurbanov adına Uzuntəpə kənd 3 saylı ümumi orta məktəbdə, Uzuntəpə kənd 4 nömrəli tam orta məktəbdə və Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad Filialında müvafiq təlim kursları təşkil olunmuşdur. Təlim kurslarında ümumilkdə 1050 şagird və 60 tələbə iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında insan alveri riskləri və təhlükəsiz miqrasiya məsələləri geniş müzakirə olunmuş və iştirakçılara müvafiq kitabça və bukletlər paylanılmışdır. Təlim kursları ərzində heyət üzvləri müxtəlif təqdimatlar, fokus qrup müzakirələri, beyin həmləsi və debat kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və mövzu ilə əlaqədar bir neçə sosial çarxlar izlənilmişdir. Sonda regiondakı şagird və tələbələrin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donorlarına minnətdarlıq etmişdir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|