|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda gənclər və qadınlar üçün bələdiyyə məlumatlandırması kampaniyası davam edir 2013-12-24 MAGİYA ictimai birliyi 24 dekabr 2013-cü il tarixində MAGİYA ictimai birliyinin ofisində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 18 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. “Gənclər və qadınlar üçün bələdiyyə seçkiləri barədə təlim” adlı təlim kursunda heyətlə iştirakçılar arasında bələdiyyə ilə əlaqədar bir çox mövzular – “Bələdiyyələr, onların səlahiyyətləri və funksiyaları, bələdiyyə seçkiləri” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|