|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda region gəncləri üçün sonuncu liderlik təlim kursu 2013-12-16 MAGİYA ictimai birliyi 14-16 dekabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə “Region gəncləri üçün liderlik məktəbi” mövzusunda dördüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – "QHT təsisatı və idarəçiliyi sessiyası: QHT-lərin yaradılmasının hüquqi əsasları, İctimai fondlar, İctimai birliklər, Gənclər təşkilatları, Tanınmış Beynəlxalq və Milli Gənclər Təşkilatları, QHT təsisatı və təsis sənədləri; Gənclərlə bağlı yerli və beynəlxalq layihələr və bu layihələrdə iştirak yolları sessiyası: Yerli gənclər təşkilatları, Azərbaycan Gənclər Fondu, Beynəlxalq gənclər təşkilatları, Gənclər təşkilatlarının şəbəkələri və forumları, Avropa Şurası Gənclər Fondu, Gənclər Fəaliyyətdə proqramı, Beynəlxalq və yerli təhsil proqramları və təqaüdlər (ABŞ və Avropa təcrübəsi); Layihələrin – təkliflərin yazılması və idarəçiliyi, fəaliyyət planlarının tərtibatı, layihələrin davamlılığı, monitorinq və qiymətləndirmə sessiyası: Layihənin yazılması qaydası, İdeyanın müəyyən olunması, Layihənin quruluşu – layihənin dizayn olunması, Layihə üzrə fəaliyyət planı, Layihədə monitorinq və qiymətləndirmə – indikatorlar, Layihənin idarə olunması və davamlılığı; Büdcə və fandreyzinq məsələləri, donor və qrant anlayışları sessiyası: Büdcə və büdcənin yazılması qaydası, Büdcədə şəffaflıq və hesabatlılıq, Büdcə ilə layihə təklifinin bir-birini tamamlaması və ya uzlaşması, Büdcənin strukturu və dizaynı, Maliyyə axtarışının yolları – uzun müddətli və qısa müddətli maliyyə axtarışı, Maliyyə axtarışına sistemli yanaşmanın vacibliyi – uğurlu maliyyə axtarışı üçün addımlar; Donor və qrant anlayışları sessiyası: Donor kimdir? Milli və Beynəlxalq Donorlar, Donorlara layihənin “satılması” və ya layihənin təqdim olunması bacarıqları, Dəstək, Zəmanət və digər faydalı məktub formaları, Qrant nədir?, Koorporativ Sosial məsuliyyət anlayışı, Bizness münasibətlərin qurulması, Donor bazasının yaradılması, Dövlət, QHT, bizness əməkdaşlığı – layihənin uğuru kimi; Hesabatların hazırlanması, uğur hekayələrinin yazılması sessiyası: Nəqli hesabatların hazırlanması, Maliyyə hesabatlarının tərtibatı, Uğur hekayəsi nədir? Uğur hekayəsi ilə bağlı sosial videoçarxların izlənilməsi; İbtidai kompüter bilikləri və internet, yeni media – sosial media sessiyası: Kompüter, ondan düzgün və səmərəli istifadə yolları, İnternet, ondan səmərəli və peşəkar istifadə yolları – Elektron poçt, Yeni media və ya sosial media barədə anlayış, Bloqlar və onların effektiv yaradılması mexanizmləri, Sosial şəbəkələr – Facebook, Twitter, You tube və s.; Dövlət qurumları və KİV-lə əməkdaşlıq əlaqələrinin qurulması yolları sessiyası: Dövlət qurumları və onlarla yaxından əməkdaşlıq yolları, KİV və KİV-lərlə səmərəli əməkdaşlıq yolları, Əməkdaşlıq şəklində qurulan birgə uğurlu ictimai fəaliyyət” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|