“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda regionlardan olan gənclər üçün sonuncu liderlik təlim kursu

2013-12-09

MAGİYA ictimai birliyi 07-09 dekabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün Milli Demokratiya İnstitutunun və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda dördüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa, Milli Demokratiya İnstitutunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Direktor müavini cənab Sənan Süleymanov və Maliyyə meneceri xanım Kəmalə Teymurova, eləcə də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirinin müavini cənab Derek C. Hoqan və Birinci Katib/Konsul cənab Rocer C. Riqaud da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – "QHT təsisatı və idarəçiliyi sessiyası: QHT-lərin yaradılmasının hüquqi əsasları, İctimai fondlar, İctimai birliklər, Gənclər təşkilatları, Tanınmış Beynəlxalq və Milli Gənclər Təşkilatları, QHT təsisatı və təsis sənədləri; Gənclərlə bağlı yerli və beynəlxalq layihələr və bu layihələrdə iştirak yolları sessiyası: Yerli gənclər təşkilatları, Azərbaycan Gənclər Fondu, Beynəlxalq gənclər təşkilatları, Gənclər təşkilatlarının şəbəkələri və forumları, Avropa Şurası Gənclər Fondu, Gənclər Fəaliyyətdə proqramı, Beynəlxalq və yerli təhsil proqramları və təqaüdlər (ABŞ və Avropa təcrübəsi); Layihələrin – təkliflərin yazılması və idarəçiliyi, fəaliyyət planlarının tərtibatı, layihələrin davamlılığı, monitorinq və qiymətləndirmə sessiyası: Layihənin yazılması qaydası, İdeyanın müəyyən olunması, Layihənin quruluşu – layihənin dizayn olunması, Layihə üzrə fəaliyyət planı, Layihədə monitorinq və qiymətləndirmə – indikatorlar, Layihənin idarə olunması və davamlılığı; Büdcə və fandreyzinq məsələləri, donor və qrant anlayışları sessiyası: Büdcə və büdcənin yazılması qaydası, Büdcədə şəffaflıq və hesabatlılıq, Büdcə ilə layihə təklifinin bir-birini tamamlaması və ya uzlaşması, Büdcənin strukturu və dizaynı, Maliyyə axtarışının yolları – uzun müddətli və qısa müddətli maliyyə axtarışı, Maliyyə axtarışına sistemli yanaşmanın vacibliyi – uğurlu maliyyə axtarışı üçün addımlar; Donor və qrant anlayışları sessiyası: Donor kimdir? Milli və Beynəlxalq Donorlar, Donorlara layihənin “satılması” və ya layihənin təqdim olunması bacarıqları, Dəstək, Zəmanət və digər faydalı məktub formaları, Qrant nədir?, Koorporativ Sosial məsuliyyət anlayışı, Bizness münasibətlərin qurulması, Donor bazasının yaradılması, Dövlət, QHT, bizness əməkdaşlığı – layihənin uğuru kimi; Hesabatların hazırlanması, uğur hekayələrinin yazılması sessiyası: Nəqli hesabatların hazırlanması, Maliyyə hesabatlarının tərtibatı, Uğur hekayəsi nədir? Uğur hekayəsi ilə bağlı sosial videoçarxların izlənilməsi; İbtidai kompüter bilikləri və internet, yeni media – sosial media sessiyası: Kompüter, ondan düzgün və səmərəli istifadə yolları, İnternet, ondan səmərəli və peşəkar istifadə yolları – Elektron poçt, Yeni media və ya sosial media barədə anlayış, Bloqlar və onların effektiv yaradılması mexanizmləri, Sosial şəbəkələr – Facebook, Twitter, You tube və s.; Dövlət qurumları və KİV-lə əməkdaşlıq əlaqələrinin qurulması yolları sessiyası: Dövlət qurumları və onlarla yaxından əməkdaşlıq yolları, KİV və KİV-lərlə səmərəli əməkdaşlıq yolları, Əməkdaşlıq şəklində qurulan birgə uğurlu ictimai fəaliyyət müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur