“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” mövzusunda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu

2013-12-05

MAGİYA ictimai birliyi 04-05 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5500 manatlıq maliyyə dəstəyi ilə “Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru!” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 3 müxtəlif rayonundan (Masallı, Astara və Lənkəran) olan 30 nəfər gənc üçün 2 günlük “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu təşkil etmişdir. Təlim kursunda 9 nəfər qız, 21 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi və təlimçilik ilə əlaqədar bir çox mövzular – “HİV/AİDS, HİV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları, menecment və liderlik, təlimçi və təlimçilik” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, fokus qrup müzakirələri, beyin həmləsi, debatlar və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Əlavə edək ki, təlim kursuda həmçinin Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, Lənkəran Rayonlararası Narkoloji Dispanserin Baş həkimi cənab Vüqar Əliyev və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının müdiri cənab Rəmiəli İbişov da iştirak etmiş, iştirakçı gənclərlə özlərinin şəxsi bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunun sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 18 dekabr 2013-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclər üçün belə mühüm bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.    

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur