“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda gənclər üçün korporativ sosial məsuliyyət təlim kursları

2013-12-02

MAGİYA ictimai birliyi 30 noyabr – 01-02 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 13 müxtəlif regionundan (Astara, Bərdə, Biləsuvar, Cəlilabad, İsmayıllı, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Siyəzən, Sumqayıt, Şəki və Yevlax) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə (3595 AZN) “Korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasına ictimai dəstək” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 16 nəfər oğlan və 9 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Respublikanın 15 müxtəlif yaşayış məntəqəsindən (Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, İsmayıllı, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Siyəzən, Sumqayıt, Şəki və Yevlax) 40 gənc ərizəçi (26 oğlan və 14 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təlim kurslarında təşkilatın heyətindən başqa Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət sektorunun müdiri cənab Eldəniz Kərimov, Bank Standard KB Lənkəran Filialının direktoru cənab Rüfət Əsgərov, Access Bankın marketinq şöbəsinin baş mütəxəssisi cənab Kamal Eminov, Sumqayıt Texnologiyalar Parkının Beynəlxalq standardlar üzrə aparıcı mütəxəsisi cənab Rüfət Əliyev və KSM üzrə milli ekspert cənab Əhəd Kazımov da iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında Korporativ sosial məsuliyyət (KSM) sahəsi ilə əlaqədar bir çox mövzular – “Korporativ Sosial Məsuliyyətli (KSM) sessiyası: KSM Fəaliyyət anlayışı, KSM Siyasət və onun formalaşması, KSM üzrə Dövlətin sosial siyasəti, KSM və davamlı inkişaf, KSM – yerli və beynəlxalq təcrübə kontekstində, Biznesin KSM – xeyriyyəçilik, KSM şirkətlər qrupu –  yerli şirkətlərə çıxış, KSM və Karyera imkanları, KSM-in formalaşmasında gənclərin rolu və yeri, KSM-in inkişafında QHT institutları və onların funksiyaları, KSM əsaslı layihələrin – təkliflərin yazılması və idarəçiliyi, KSM sahəsində Dövlət qurumları ilə əməkdaşlıq, KSM sahəsində özəl qurumlarla əməkdaşlıq, KSM sahəsində QHT-lərlə əməkdaşlıq, KSM sahəsində İcmalarla əməkdaşlıq, KSM sahəsində KİV-lərlə əməkdaşlıq; Korporativ Sosial Məsuliyyətli (KSM) ünsiyyət (kommunikasiya) sessiyası: Ünsiyyət necə işləyir, Aktiv dinləmə və cavab vermə bacarıqları, Başqa nəzər nöqtələrə baxmaq bacarıqları, Düşüncə və Ön görmələrin idarə olunması, Güclü tərəflərin müəyyən olunması, Sizi başqaları necə görür, Bədən dilinə baxış, Mimikalar və jestlər, Özünə inamın artırılması, Çətin insanlar və çətin situasiyalar, Konfliktlərin həlli, İcma ilə nəsillərarası ünsiyyət; Korporativ Sosial Məsuliyyətli (KSM) ictimai müvəkkilik (Advokasi) sessiyası: Advokasi – ictimai vəkillik anlayışı, Advokasi fəaliyyətinin məqsəd və məramları, Advokasi kampaniyası mərhələlərinin ardıcıllığı, İnformasiya təminatı, maarifləndirmə və təbliğat, İctimaiyyətlə əlaqələr (PR), İcma səviyyəli ictimai müvəkkilik, İctimaiyyətin səfərbər olunması, Sosial tərəfdaşlıq, Advokasi kampaniyasında məsələ və problem anlayışı, məsələnin seçilməsi, problemin qoyuluşu, Advokasi kampaniyası üçün informasiyanın toplanması üsulları, Advokasinin əsas strategiyası, Strategiya və Taktika anlayışları, Advokasi kampaniyasında məqsəd: qısa müddətli məqsəd, uzun müddətli məqsəd, Qanunvericilik, Məhkəmələr, Dəstək bazasının genışlənməsi və KİV vasitəsilə Advokasi; Korporativ Sosial Məsuliyyətli (KSM) mesajın hazırlanması sessiyası: Mesajın forması və çatdırılma üsulları, Effektiv mesajın meyarları, Beyin həmləsi texnikasından istifadəmüzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 18 dekabr 2013-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur