“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda regionlardan olan gənclər üçün ikinci liderlik təlim kursu

2013-10-21

MAGİYA ictimai birliyi 19-21 oktyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda ikinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa bir nəfər qonaq – ABŞ-ın Sülh Korpusunun nümayəndəsi cənab Danyel Haket, dövlət rəsmiləri Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri cənab Asif İmanlı və cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “Ünsiyyət (kommunikasiya) sessiyası: Ünsiyyət necə işləyir, Aktiv dinləmə və cavab vermə bacarıqları, Başqa nəzər nöqtələrə baxmaq bacarıqları, Düşüncə və Ön görmələrin idarə olunması, Güclü tərəflərin müəyyən olunması, Sizi başqaları necə görür, Bədən dilinə baxış, Mimikalar və jestlər, Özünə inamın artırılması, Çətin insanlar və çətin situasiyalar, Konfliktlərin həlli, İcma ilə nəsillərarası ünsiyyət; Könüllülük və könüllülük işinin təşkili sessiyası: Könüllü kimdir? Nə üçün insanlar könüllü olmalıdırlar? Rolun və yanaşmanın müəyyən olunması, Könüllülüyün dəyərləri və faydaları, Beynəlxalq Könüllülük İnstitutları, Tanınmış Azərbaycanlı və əcnəbi könüllülər; Liderlik və menecment sessiyası: Şəxsiyyətin müəyyən edilməsi/Özünü tanıma, Sən kimsən? Biz kimik? Aktiv vətəndaş kimdir? Nə üçün ictimai-fəal olmaq lazımdır? Liderliyin növləri, Liderlər doğulur və ya yetişir?, Liderlərin cəmiyyətdə rolu və yeri, Hamı lider ola bilərmi? Liderlik və menecement, Icma liderliyi, liderlik üslubları, Məntiqi yanaşma, Həvəsləndirmə, Motivasiya/ Ədalətlilik Nəzəriyyəsi; Vətəndaş cəmiyyətinin formalaşmasında və sülh quruculuğunda gənclərin rolu sessiyası: Gənc kimdir? Gənc və gənclik – yerli və beynəlxalq təcrübə kontekstində, Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu, Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin yeri, Sülh quruculuğunda gənclərin rolu, Gənclərin ictimai-siyasi fəaliyyətdə yeri və rolu, Gənclər və inkişaf modelləri” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir. 

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur