“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Masallıda gənclər üçün yay düşərgəsi

2012-07-09

MAGİYA ictimai birliyi 07-09 iyul tarixlərində Masallı rayonunun “Zirvə” İstirahət Mərkəzində 25 nəfər gənc üçün “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” mövzusunda 3 günlük yay düşərgəsi təşkil etmişdir. Yay düşərgəsində 8 nəfər qız, 17 nəfər oğlan iştirak etmişdir. Yay düşərgəsində heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “İştirakçıların icma-əsaslı təkliflərinin / layihələrinin qiymətləndirilməsi və onlara kiçik qrantların verilməəsi, Nəqli və Maliyyə hesabatlarının yazılması, yerli layihələrin həyata keçirilməsi zamanı dövlət orqanları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq”müzakirə olunmuşdur. Yay düşərgəsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox interaktiv metodlardan da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Əlavə edək ki, yay düşərgəsində həmçinin Milli Demokratiya İnstitutunun nümayəndələri Baş proqram rəhbəri Sənan Süleymanov və Proqram rəhbəri Ruslan Əsədov da iştirak etmiş, iştirakçı gənclərlə öz zəngin bilik və təcrübələrini bölüşmüşlər. Onlar həmçinin yerli layihələrlə əlaqədar gələcək fəaliyyətləri, xüsusən də, layihələrin öz icmaları üçün həyata keçirilməsini müzakirə etmişlər. Yay düşərgəsinin üçüncü günü təşkilatçılar bütün iştirakçıları Yardımlıda yerləşən Təkdam şəlaləsinə (37 metr) apardılar və orada istirahət etdilər. Yay düşərgəsinin sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur