“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda gənclər üçün birinci liderlik təlim kursu

2013-08-25

MAGİYA ictimai birliyi 23-25 avqust tarixlərində Lənkəran şəhərində AB Qala otelində Azərbaycanın 19 müxtəlif regionundan (Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qəbələ, Lerik, Lənkəran, Neftçala, Salyan, Sumqayıt, Tovuz, Yardımlı, Yevlax və Zaqatala) olan 20 nəfər gənc üçün “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda birinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər oğlan və 10 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycan Respublikasının 30 müxtəlif bölgəsindən (Abşeron, Ağcabədi, Ağdam, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Qusar, Lerik, Lənkəran, Mingəçevir, Neftçala, Salyan, Sumqayıt, Şəki, Tovuz, Yardımlı, Yevlax, Zaqatala və Zəngilan) 106 gənc ərizəçi (63 kişi və 43 qadın)  Liderlik Məktəbi üçün müraciət etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “Vətəndaş cəmiyyəti konsepsiyası – cəmiyyət, vətəndaş fəaliyyəti, hüquq və vəzifələr, vətəndaş cəmiyyəti institutları, ictimai fəaliyyət və onun genişləndirilməsi, vətəndaş mövqeyi - vətəndaş baxışı, təhsil konsepsiyası – formal təhsil, formal olmayan təhsil, qeyri-formal təhsil (QFT), QFT imkanları, gənclərin şəxsi və peşəkar inkişafı, karyera konsepsiyası – CV formaları haqqında məlumat, CV formalarının hazırlanmasının təqdimatı, mükəmməl CV-nin hazırlanması, motivasiya məktubunun hazırlanması, iş, iş haqqında informasiya əldə etməyin yolları, iş axtarışı bacarığı, uğurlu bir iş tapmağın effektiv yolları, karyera məsləhət mərkəzləri/imkanları, müsahibə və uğurlu müsahibənin sirrləri, işgüzar davranış qaydaları, demokratiya və insan hüquqları konsepsiyası – demokratiya, demokratiyanın əsas dəyərləri, demokratiya və vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqları, uşaq hüquqları, Beynəlxalq və yerli insan hüquqları institutları, gender anlayışı, tolerantlıq və stereotiplər – gender bərabərliyi, tolerantlıq - fərqləndirici xüsusiyyətləri qəbul etmək və onlara hörmət etmək, stereotiplər - yazılmamış qanunlar” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir çox sosial çarxlara baxılmışdır. Təşkilatçılar həmçinin iştirakçılarla layihənin gələcək fəaliyyətlərini, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdikləri üçün minnətdarlıq etmişlər.  

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur