|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda gənclər üçün “İlkin seçici maarifləndirilməsi” təlim kursu 2013-08-14 MAGİYA ictimai birliyi 12-14 avqust tarixlərində Lənkəran şəhərindəki ofisində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 18 nəfər gənc üçün “İlkin seçici maarifləndirilməsi” mövzusunda 3 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin tələbələri, eləcə də, QHT və yerli icmaların nümayəndələri iştirak etmişdir. Təlim kursunda MAGİYA ictimai birliyinin heyətindən başqa, Azərbaycan ofisində BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin Koordinasiya Analitiki İradə xanım Əhmədova da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki ilə əlaqədar bir çox mövzular – “Seçki hüququ barədə ümumi anlayış, Seçki mədəniyyəti, Dünya praktikasında seçkilər, Seçkinin keçirilməsinin məqsədi və vəzifələri, Ümumi seçki formaları və keçirilmə növləri, Seçkinin hüquqi tənzimlənməsi, Bərabər və birbaşa seçki hüququ, Seçki hüquqlarından istifadə, Azərbaycanda seçkinin formaları və keçirilməsi, Seçki ilə əlaqədar Azərbaycanın beynəlxalq öhdəlikləri, Azərbaycanda seçkiləri tənzimləyən qanunvericilik, Aktiv və passiv seçki hüququ, Seçkidə seçici kimi iştirak etmək üçün lazım olan hüquqi sənədlər, Seçki materialları və avadanlıqlarının siyahısı, Seçki zamanı fors-major və bunlardan çıxış yolları, İlk dəfə səsverənlər üçün ümumi məlumatlandırma, İlk dəfə səsverənlərin seçki ərəfəsində və seçki günü fəaliyyəti, Səsvermə prosesində seçici siyahısında adların müəyyən edilməsi, Səsvermə bülletenlərinin doldurulması qaydası” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunda İradə xanım Əhmədova da həmçinin iştirakçı gənclərlə öz bilik və təcrübəsini bölüşmüş, eləcə də, təşkilatın heyəti ilə layihənin gələcək fəaliyyətləri, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, donorlara – Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu və Azərbaycan Gənclər İttifaqına seçki ərəfəsində region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdikləri üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|