|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda ilk dəfə səsverən gənclər üçün maarifləndirmə davam edir 2013-04-25 MAGİYA
ictimai birliyi 25 aprel 2013-cü il tarixində Lənkəran şəhərindəki ofisində “Azərbaycanda
demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 21 nəfər gənc
üçün yarım günlük təlim kursu təşkil etmişdir. “QHT-lərin institusional
inkişafı” adlı təlim kursunda Azərbaycan Gənclər İttifaqının eksperti cənab
Samir Əhmədov da iştirak etmişdir. Təlim kursunda
heyətlə iştirakçılar arasında QHT idarəçiliyi ilə əlaqədar bir çox mövzular – “QHT-lər
və effektiv idarəetmə, təsis sənədləri, İctimai birliklər və fondlar haqqında
qanun, Liderlik və menecment” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif
rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup
müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş
və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir.
Tədbir zamanı bəzi iştirakçılar
layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki,
gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata
keçirilməsi çox yaxşı olardı.
|
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|