|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” layihəsinin mətbuat konfransı keçirildi 2012-12-13 13 dekabr tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 3000 manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 ay olmaqla, 01 oktyabr – 28 dekabr 2012-ci il tarixlərini əhatə etmişdir. Layihə çərçivəsində “CTV” Regional Televiziya Şirkəti tərəfindən canlı yayımlanan “Müzakirə” verlişində ictimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar 4 dəfə əhalinin hüquqi maarifləndirilməsi və məlumatlandırılması təşkil olunmuşdur. Bu zaman televiziya proqramlarında “Erkən nikahlar, boşanmalar və aliment öhdəlikləri” (31 oktyabr), “Ər-arvadın əmlak mübahisələri və məhkəmə çəkişmələri” (14 noyabr), “Miras əmlakının bölgüsü və vərəsəlik mübahisələri” (28 noyabr) və “Qonşuluq hüququ və mülkiyyət mübahisələri” (12 dekabr) mövzuları müzakirə edilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, ictimaiyyət üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonunda ictimaiyyətin hüquqi bilik və bacarıqlarının artırılması istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|