“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda regionlardan olan gənclər üçün liderlik məktəbi davam edir

2012-11-04

MAGİYA ictimai birliyi 03-04 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsi çərçivəsində 20 nəfər gənc üçün ikinci 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa iki nəfər yerli təlimçi – Lənkərandan olan Samir Axundov və İlkin Muradov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “Gənc və gənc ailə anlayışı, gənclərin ictimai-siyasi fəaliyyətdə rolu, gənclər şəbəkəsi və şəbəkələşmə, Beynəlxalq və yerli gənclər institutları, QHT təsisatı və təsis sənədləri, ictimai birliklər və fondlar, gənclər təşkilatının təsis edilməsi, layihə və onun tərtibatı, büdcə, advokasi anlayışı, advokasi kampaniyasının məqsəd və vəzifələri, problem və məsələ anlayışları, ictimaiyyətlə əlaqələr (PR), sosial tərəfdaşlıq, strategiya və onun təyini, taktika və taktiki mülahizələr, strateji planlaşdırma, məqsəd, missiya və vizyon, mesaj və onun çatdırılma üsulları, risklərin təyin olunması və onların dəf edilməsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, fokus qrup müzakirələri, beyin həmləsi, debatlar və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Əlavə edək ki, təlim kurslarında həmçinin Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri Məhəmməd Abasquliyev və Mehman Əliyev də iştirak etmiş, iştirakçı gənclərlə özlərinin şəxsi bilik və təcrübələrini bölüşmüşlər. Onlar həmçinin İdarə ilə gənc liderlər arasında əməkdaşlıqla əlaqədar gələcək fəaliyyətləri də müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, regionlardan olan gənclər üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün donora – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fonduna təşəkkür etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur