“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda gənclər üçün üçüncü liderlik təlim kursu

2012-05-07

MAGİYA ictimai birliyi 05-07 may tarixlərində Lənkəran şəhərində AB Qala otelində 25 nəfər gənc üçün “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” mövzusunda üçüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 8 nəfər qız, 17 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa iki nəfər təlimçi – təlimçi-ekspert Qurban Kərimbəyli və Lənkərandan olan yerli təlimçi Samir Axundov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin yeri və rolu, Könüllülük və vətəndaş cəmiyyəti, İctimai müvəkkilik (Advokasi) – ictimai maraqların qorunması, Advokasi kampaniyasında məsələnin/problemin qoyulması, İctimai maarifləndirmə və ictimai vəkillik, İctimaiyyətlə əlaqələr, Sosial tərəfdaşlıq, QHT təsisatı və QHT idarəçiliyi” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Əlavə edək ki, təlim kurslarında həmçinin Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov və Lənkəran Gənclər Evinin rəsmisi Vüsal Nəsirli də iştirak etmiş, iştirakçı gənclərlə özlərinin şəxsi bilik və təcrübələrini bölüşmüşlər. Onlar həmçinin İdarə və Gənclər Evi ilə gənc liderlər arasında əməkdaşlıqla əlaqədar gələcək fəaliyyətləri də müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur