“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda regionlardan olan gənclər üçün liderlik məktəbi başlandı

2012-10-07

MAGİYA ictimai birliyi 06-07 oktyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 11 müxtəlif rayonundan (Abşeron, Ağdam, Bakı, Beyləqan, Biləsuvar, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Şəki və Yevlax) olan 20 nəfər gənc üçün 2 günlük təlim kursu təşkil etmişdir. Qeyd edək ki, təlim kursunda iştirak etmək üçün 40 nəfər ərizəçidən yalnız 10 nəfər qız və 10 nəfər oğlan seçilmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa iki nəfər yerli təlimçi – Lənkərandan olan Samir Axundov və İlkin Muradov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “Cəmiyyət, vətəndaş fəallığı, bizim hüquq və vəzifələrimiz, vətəndaş cəmiyyəti institutları, formal, formal olmayan və qeyri-formal təhsil konsepsiyaları, qeyri-formal təhsilin imkanları, gənclərin şəxsi və professional inkişafı, CV haqqında ümumi məlumat, peşəkar tərcümeyi-halın hazırlanması, motivasiya məktubu, iş və iş haqqında məlumat əldə etmək yolları, iş axtarma bacarıqları, uğurlu bir iş tapmaq üçün effektiv yollar, müsahibələr və uğurlu müsahibənin sirləri, Power Pointdə təqdimat və müasir təqdimatların hazırlanması, uğurlu təqdimatların sirləri, uğur hekayələrinin hazırlanması, demokratiya, dövlət və cəmiyyət konsepsiyaları, insan hüquq və azadlıqları, gender və gender bərabərliyi, tolerantlıq və stereotip, liderlik və rəhbərlik, liderliyin növləri, icma liderliyi və icmalar, liderlərin cəmiyyətdə yeri və rolu, könüllü, könüllülüyün dəyərləri və faydaları, Beynəlxalq Könüllü İnstitutları, ünsiyyət” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, regionlardan olan gənclər üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün donora – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fonduna minnətdarlıq etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur