|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda regionun ən böyük gənclər layihəsinin mətbuat konfransı keçirildi 2012-09-25 25 Sentyabr tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” layihəsnin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə liderlik layihəsinin məzunları da daxil olmaqla, 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Onlar xüsusilə də, liderlik layihəsinin məzunları tərəfindən üç rayonda – Biləsuvar, Masallı və Lənkəranda uğurla həyata keçirilən 5 yerli icma layihələri/təklifləri barədə danışdılar. Həmçinin onlar qeyd etdilər ki, layihənin büdcəsi 49990 dollar olmuşdur və bu da təşkilata regionda ən böyük gənclər layihəsinin həyata keçirilməsinə böyük bir imkan vermişdir. Tədbirin sonunda əlavə edilmişdir ki, təşkilat həmçinin NDİ (ABŞ-ın Milli Demokratiya İnstitutu) və USAİD-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) təşkilati və maliyyə dəstəyi ilə regionda QHT-lərin www.epsaya.az adlı ilk internet səhifəsini yaratmışdır və adamlar orada çoxlu faydalı və lazımi məlumatlar tapa bilərlər. Tədbir zamanı bəzi iştirakçılar layihə və internet səhifəsi barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Azərbaycan Respublikasının regionlarından olan gənclərinin bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı NDİ və USAİD-ə minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|