|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Masallıda yerli gənclər üçün “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda yeni bir regional layihə həyata keçirildi 2024-11-05 “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi cari ilin 5 noyabr tarixində Masallı şəhərində ““COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində region gənclərinin ekoloji maarifləndirilməsi” layihəsi ilə əlaqədar 20 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi (7500 manat) ilə yarım günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda Masallı rayonu üzrə 16-29 yaş arası 20 nəfər gənc olmaqla, 17 nəfər qız və 3 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə baş məsləhətçisi cənab Oktay Ağayev və Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi-ekspert qismində isə Lənkəran Dövlət Universitetinin doktorantı – müəllim cənab Samir Salayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kursunda işçi heyətlə iştirakçılar arasında COP29, Yaşıl dünya və digər ekoloji məsələlər sahəsində bir çox mövzular – “Ekologiya və ekoloji sistem (ekosistem), Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və təbiətdən istifadə, Ekoloji problemlər və onların həlli yolları, Tullantılar və onların idarə olunması, Ekoloji siyasət: COP29 və Yaşıl dünya naminə həmrəylik ili” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur. Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar və aidiyyəti flayerlər təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə yerli gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, 15 sentyabr – 15 dekabr 2024-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların ekoloji bilik və təcrübələrinin artırılması və yerli gənclər arasında “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”ni təbliğ etməkdən ibarətdir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|