“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda ölkə gəncləri üçün boşanmalar və məişət zorakılığı mövzusunda yeni bir milli layihə həyata keçirildi

2024-07-12

MAGİYA ictimai birliyi 12-14 iyul 2024-cü il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 15 yaşayış məntəqəsindən (Ağcabədi, Ağsu, Bakı, Biləsuvar, Cəlilabad, Laçın, Lerik, Lənkəran, Masallı, Sabirabad, Sumqayıt, Şəki, Şirvan, Şəmkir, Yardımlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə (9000 manat) “Gənc ailələrdə boşanmaların artması – cəmiyyətin problemi kimi” sahəsində 3 günlük nəzəri-praktik konfrans təşkil etmişdir. Nəzəri-praktik konfransda 13 nəfər qız və 12 nəfər oğlan iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 26 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağsu, Astara, Bakı, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Xaçmaz, Xanlar, İmişli, İsmayıllı, Kəlbəcər, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Sabirabad, Sumqayıt, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tovuz, Yardımlı) 49 nəfər gənc ərizəçi (24 qız və 25 oğlan) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini xanım Könül Manafova və Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili və mediator cənab Zaur Qasımov və Astara rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu cənab Fərrux Əliyev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında boşanmalar və məişət zorakılığı sahəsində bir çox mövzular – “Azərbaycanda ailə institutu, adət-ənənələr, klassik və müasir ailə dəyərləri, Nikah, nikah hüququ və nikah müqaviləsi anlayışları, Birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi, aliment öhdəlikləri, Erkən nikahlar, onların başvermə səbəbləri və sosial fəsadları, Azərbaycanda nikahlar və boşanmalar: cari vəziyyət və mövcud statistika, Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri, Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası, Məlumat bankı – Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ailə, əxlaq və etika konsepsiyası, Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik, Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası, İctimai qınaq, ictimai iştirakçılıq və onun formaları, İctimai nəzarət, ictimai müzakirələr və ictimai dinləmələr” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət müxtəlif üsullardan təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə etmiş, eləcə də bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda artmaqda olan boşanmalara və buna rəvac verən məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur