“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda ölkə gəncləri üçün qadın hüquqları və qadınların ictimai iştirakçılığı mövzusunda yeni bir milli layihə həyata keçirildi

2023-08-25

MAGİYA ictimai birliyi 25-27 avqust 2023-cü il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 14 yaşayış məntəqəsindən (Astara, Bakı, Cəlilabad, Gədəbəy, Xocavənd, Lənkəran, Masallı, Saatlı, Sabirabad, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Yevlax) olan 22 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə (8000 manat) “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” sahəsində 3 günlük nəzəri-praktik konfrans təşkil etmişdir. Nəzəri-praktik konfransda 18 nəfər qız və 4 nəfər oğlan iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 48 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bakı, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Sumqayıt, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala) 193 nəfər gənc ərizəçi (145 qız və 48 oğlan) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babazadə, Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini cənab Güloğlan Bağırov, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili və mediator cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında ailə, qadın, uşaq və gender məsələləri sahəsində bir çox mövzular – “Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Nikah, nikah hüququ və nikah müqaviləsi, erkən nikahlar, onların nəticələri və fəsadları, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Məlumat bankı - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Qadın hüquqları və milli qanunvericilik, Qadınlara qarşı zorakılıq – İstanbul Konvensiyası, Ailədaxili zorakılıq və onun formaları, Məişət və gender əsaslı zorakılıq üzrə qanunvericilik, Gender və gender bərabərliyi, Stereotip və gender stereotipləri, İctimai qınaq, ictimai iştirakçılıq və onun formaları, Vətəndaş Cəmiyyəti İnstitutları, İctimai Şura, onun hüquq və vəzifələri, İctimai nəzarət, ictimai müzakirələr və ictimai dinləmələr” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət müxtəlif üsullardan təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə etmiş, eləcə də bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə, cəmiyətimizdə qadın hüquqlarının və qadınların ictimai iştirakçılığının təbliği və təşviqi sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə geniş profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur