|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| MAGİYA ictimai birliyinin icraçı direktoru Nərmin Hüseynzadə artıq vətəndədir 2012-09-23 23 Sentyabr tarixində MAGİYA ictimai birliyinin icraçı direktoru Nərmin Hüseynzadə icma lideri kimi “Gənc Liderlik Proqramı – Azərbaycan (GLP)” üzrə artıq ABŞ-ın Arizona Ştatından Azərbaycana qayıtmışdır. Qısamüddətli mədəni və təhsil xarakterli mübadilə proqramı ərzində onlar amerikalı və azərbaycanlı tələbələr, pedaqoqlar, fərqli etnik, dini və sosial qruplara mənsub icmalar arasındakı münasibətləri genişləndirməyi və iki ölkə arasındakı əlaqələri gücləndirməyi müzakirə etmişlər. Onlar həmçinin sahibkarlıq məsələləri, yerli icmalar, insan hüquqları məsələləri, tənqidi düşünmə bacarıqları barədə çoxlu məlumatlar əldə etmiş, birlikdə özlərinin növbəti layihələri üzrə planları inkişaf etdirmə işləri də daxil olmaqla, qayıtdıqdan sonra digərləri ilə təcrübə mübadiləsini davam etdirməyə öhdəlik götürmüşlər. Qeyd edək ki, Nərmin Hüseynzadə 15-17 yaşlararsı 17 nəfər Azərbaycanlı iştirakçılar üzrə proqramın icma liderlərindən biri olmuşdur və proqram Təhsil və Mədəniyyət Məsələləri üzrə Amerika Şurası tərəfindən həyata keçirilmişdir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|