“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində ölkə gəncləri üçün gender əsaslı zorakılıq və ailədaxili zorakılıq mövzusunda yeni bir layihə həyata keçirildi

2023-02-17

MAGİYA ictimai birliyi 17-19 fevral 2023-cü il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 14 yaşayış məntəqəsindən (Astara, Bakı, Biləsuvar, Füzuli, Goranboy, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Lerik, Lənkəran, Mingəçevir, Şəki, Tovuz) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə (8500 manat) “Gender əsaslı zorakılığa və məişət zorakılığına qarşı ictimai mübarizə” mövzusunda 3 günlük nəzəri-praktik konfrans təşkil etmişdir. Nəzəri-praktik konfransda 8 nəfər oğlan və 17 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 46 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdaş, Ağstafa, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Oğuz, Saatlı, Sabirabad, Salyan, Sumqayıt, Şabran, Şamaxı, Şəki, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab) 158 nəfər gənc ərizəçi (61 oğlan və 97 qız) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı cənab Yusif Xamıyev, ekspert qismində isə Lənkəran rayon Vəkil Bürosunun vəkili cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında ailə dəyərləri, gender əsaslı zorakılıq və ailədaxili zorakılıq sahəsində bir çox mövzular – “Gender və gender bərabərliyi anlayışları, Stereotip və gender stereotipləri, Qadın hüquqları və onların özünümüdafiə qaydaları: Qadınlara qarşı zorakılıq, Gender əsaslı zorakılıq, ailədaxili zorakılıq, onların formaları və onlara qarşı mübarizə tədbirləri, Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Ailə və etika konsepsiyası, Əxlaq normaları və qanunvericilik, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Məlumat bankı - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, İctimai qınaq, ictimai nəzarət və ictimai iştirakçılıq konsepsiyaları” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, debatlar və enercayzerlər kimi bir çox metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara müvafiq təqdimatlar təqdim olunmuşdur. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi respublikamızda nikahların azalmasına, boşanmaların isə artmasına rəvac verən gender əsaslı zorakılığa və məişət zorakılığına qarşı ictimai mübarizə sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur