“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində ölkə gəncləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda daha bir milli layihə həyata keçirildi

2022-10-21

MAGİYA ictimai birliyi 21-23 oktyabr 2022-ci il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 12 yaşayış məntəqəsindən (Ağdam, Ağdaş, Bakı, Cəlilabad, Füzuli, Gəncə, İsmayıllı, Lənkəran, Sabirabad, Şamaxı, Şəki, Zərdab) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə (8000 manat) “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” mövzusunda 3 günlük nəzəri-praktik konfrans təşkil etmişdir. Nəzəri-praktik konfransda 16 nəfər qız və 9 nəfər oğlan iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 42 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Ağdaş, Astara, Bakı, Baləkən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Gəncə, Goranboy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Saatlı, Sabirabad, Salyan, Sumqayıt, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tovuz, Yardımlı, Yevlax, Zəngilan, Zərdab) 158 nəfər gənc ərizəçi (91 qız və 67 oğlan) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babazadə, psixoloq qismində “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının mütəxəssisi cənab Fərrux Əliyev, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında ailə, qadın, uşaq və gender məsələləri sahəsində bir çox mövzular – “Azərbaycanda ailə institutu və adət-ənənələr, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Ailə və etika konsepsiyası, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Qadın hüquqları və milli qanunvericilik, Məişət zorakılığı və gender əsaslı zorakılıq – Qanunvericilik, Qadınlara qarşı zorakılıq və şəxsiyyətin sosial-psixoloji problemləri, Əxlaq konsepsiyası, Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik, Uşaq əməyi və uşaq əməyinin istismarı, Uşaqlara qarşı zorakılıq - BMT-nin Uşaq Hüquqları Konvensiyası, Gender və gender bərabərliyi - stereotip və gender stereotipləri” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət müxtəlif üsullardan təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə etmiş, eləcə də bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi respublikada ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur