“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində ölkə gəncləri üçün ailə dəyərləri mövzusunda daha bir layihə həyata keçirildi

2022-03-25

MAGİYA ictimai birliyi 25-27 mart 2022-ci il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 19 yaşayış məntəqəsindən (Astara, Bakı, Beyləqan, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Lənkəran, Masallı, Saatlı, Sumqayıt, Şirvan, Tovuz, Yardımlı, Yevlax, Zəngilan) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə (8900 manat) “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” mövzusunda 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil etmişdir. Nəzəri-praktik konfransda 14 nəfər qız və 11 nəfər oğlan iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Ağdaş, Ağstafa, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Qazax, Qəbələ, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Saatlı, Samux, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab) 85 nəfər gənc ərizəçi (58 qız və 27 oğlan) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Teymur Babazadə və Lənkəran rayon Ağsaqqallar Şurasının üzvü Lənkəran şəhər sakini 83 yaşlı ziyalı ailə başçısı Yaşar Məmmədov, psixoloq qismində “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının mütəxəssisi cənab Fərrux Əliyev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında ailə, qadın, uşaq və gender məsələləri sahəsində bir çox mövzular – “Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri: multikulturalizm və multietnosluq, Azərbaycanda milli-mənəvi dəyərlər və müasirlik: qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri, Azərbaycanda klassik və müasir ailə dəyərləri: Dəyişək, yoxsa qoruyaq? Nikahların və boşanmaların mövcud statistikası, Vulqar ənənələr (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) və onların doğurduğu sosial risklər, Əxlaq normaları: xüsusiyyətləri, növləri və nümunələri, Əxlaqi keyfiyyətlər – insanlararası münasibətlər və reallıq, Hüquqi dövlətdə əxlaq və azadlıq məfhumları/prinsipləri, Ailə dəyərlərinin qorunmasında gender bərabərliyi – “Xoşbəxt ailə modeli”, Etik davranış qaydaları, Etika və gender: sosial-əxlaqi davranış tərzləri, Aidiyyəti qurumlara göndərilməkdən ötrü yeni ailə quran gənclərin və ya gənc ailələrin dağılmasının qarşısını almağa yönələn müvafiq təkliflər paketinin hazırlanması” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, debatlar və enercayzerlər kimi bir çox metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara sertifikatlar və müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi respublikada ailə, qadın, uşaq və gender məsələlərinin təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirməkdən ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur