“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində ölkə gəncləri üçün ailə dəyərləri mövzusunda yeni bir layihə həyata keçirildi

2021-11-06

MAGİYA ictimai birliyi 06-08 noyabr 2021-ci il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 11 yaşayış məntəqəsindən (Astara, Bakı, Gədəbəy, Gəncə, Qəbələ, Lənkəran, Neftçala, Samux, Sumqayıt, Tovuz, Zərdab) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə (8000 manat) “Xoşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” mövzusunda 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil etmişdir. Nəzəri-praktik konfransda 11 nəfər oğlan və 14 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Ağcabədi, Ağsu, Astara, Bakı, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Gədəbəy, Gəncə, Göyçay, Xaçmaz, İmişli, Qax, Qazax, Qəbələ, Laçın, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Neftçala, Oğuz, Saatlı, Salyan, Samux, Sumqayıt, Şirvan, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab) 98 nəfər gənc ərizəçi (46 oğlan və 52 qız) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Ramin Rəhimov, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi cənab Zaur Osmanov və Lənkəran rayon Havzova kənd sakini – 11 övlad (6 oğul və 5 qız, o cümlədən 20 nəvə və 2 nəticə) sahibi olan 77 yaşlı qəhrəman ana Şahrud Şabanova, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında ailə dəyərləri, əxlaq və etika normaları sahəsində bir çox mövzular – “Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri: multikulturalizm və multietnosluq, Azərbaycanda milli-mənəvi dəyərlər və müasirlik: qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri, Azərbaycanda klassik və müasir ailə dəyərləri: Dəyişək, yoxsa qoruyaq? Nikahların və boşanmaların mövcud statistikası, Vulqar ənənələr (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) və onların doğurduğu sosial risklər, Əxlaq normaları: xüsusiyyətləri, növləri və nümunələri, Əxlaqi keyfiyyətlər – insanlararası münasibətlər və reallıq, Hüquqi dövlətdə əxlaq və azadlıq məfhumları/prinsipləri, Ailə dəyərlərinin qorunmasında gender bərabərliyi – “Xoşbəxt ailə modeli”, Etik davranış qaydaları, Etika və gender: sosial-əxlaqi davranış tərzləri, Aidiyyəti qurumlara göndərilməkdən ötrü yeni ailə quran gənclərin və ya gənc ailələrin dağılmasının qarşısını almağa yönələn müvafiq təkliflər paketinin hazırlanması” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, debatlar və enercayzerlər kimi bir çox metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara sertifikatlar və müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin vulqar ənənə (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) risklərindən qorunması istiqamətində onların ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur