“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda müxtəlif milli azlıqlar, azsaylı xalqlar və etnik qruplardan olan gənclər üçün daha bir milli layihə həyata keçirildi

2019-10-18

MAGİYA ictimai birliyi 18-20 oktyabr 2019-cu il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 14 yaşayış məntəqəsindən (Bakı, Cəbrayıl, Cəlilabad, Gəncə, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Sumqayıt, Şəmkir, Şuşa, Yevlax, Zaqatala, Zərdab) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 7500 (yeddi min beş yüz) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil etmişdir. Nəzəri-praktik konfransda müxtəlif milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələrindən (yəhudilər, udinlər, xınalıqlar, tatlar, ləzgilər, talışlar, almanlar və avarlar) ibarət 13 nəfər qız və 12 nəfər oğlan iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 27 müxtəlif yaşayış məntəqəsindən (Ağdam, Bakı, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad, Gəncə, İsmayıllı, Qax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naftalan, Naxçıvan, Saatlı, Sabirabad, Samux, Sumqayıt, Şəmkir, Şuşa, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab) 64 nəfər gənc ərizəçi (38 nəfər oğlan və 26 nəfər qız) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında multikulturalizm və toleyrantlıq sahəsində bir çox mövzular – “Fundamental insan hüquqları, Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Bundan başqa, Lənkəran da daxil olmaqla, Lerik və Astara rayonlarına infoturlar (Lənkəran rayonu üzrə – M.A.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Zövlə kəndində inkişaf etdirilən həsirçilik, Separadi kəndində yaşadılan dulusçuluq və Talış kəndində bambuqdan məmulatların hazırlanması sənətləri ilə tanışlıq, Separadi kəndində fəaliyyət göstərən folklor və rəqs ansamblı olan “Nənələr” qrupu ilə görüş; Lerik rayonu üzrə – dünyanın yeganə uzunömürlülər muzeyi olan Lerik rayon Uzunömürlülər Muzeyinə səfər; Astara rayonu üzrə – Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Astara rayonunun Ərçivan qəsəbəsindəki XIX əsrə aid Ləm və Yanar Bulaq kompleksinə səfər, Astara dənizkənarı park-bulvar kompleksinə səfər) təşkil olunmuş və iştirakçılara ictimai birliyin “https://www.facebook.com/Etno-Az%C9%99rbaycan-374029680132568/” adlı Facebook səhifəsi təqdim edilmişdir. Tədbir zamanı iştirakçılara “FUEN – Avropa Millətlərinin Federal İttifaqı (https://www.fuen.org)” və MAGİYA ictimai birliyinin FUEN ilə sıx əməkdaşlığı barədə də ətraflı məlumat verilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara sertifikatlar, milli azlıqlar, azsaylı xalqlar və etnik qruplara dair müvafiq materiallar (aidiyyəti təqdimatlar və videoçarxlar) təqdim edilmişdir. Tədbirin sonunda bütün iştirakçılar, təşkilatçılar və qonaqlar layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər üçün belə bir aktual və faydalı layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, 01 sentyabr – 01 dekabr 2019-cu il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi insan hüquqları və milli-mənəvi dəyərlərin təbliği sahəsində Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplardan olan gənclərin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, onların həyat tərzi, dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur