|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirildi 2017-11-10 MAGİYA ictimai birliyi 10-12 noyabr 2017-ci il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 18 yaşayış məntəqəsindən (Ağstafa, Bakı, Balakən, Bərdə, Gədəbəy, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lənkəran, Neftçala, Sabirabad, Salyan, Sumqayıt, Şəki, Yardımlı, Zərdab) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (6000 AZN) “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 11 nəfər oğlan və 15 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 36 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağstafa, Bakı, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xaçmaz, Xanlar, İsmayıllı, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Yevlax, Zəngilan, Zərdab) 78 nəfər gənc ərizəçi (39 oğlan və 39 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, ekspert qismində Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında məişət zorakılığı və onun formaları sahəsində bir çox mövzular – “Ailədaxili zorakılıq nədir? Kimlər məişət zorakılığının qurbanları hesab olunur? Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Azərbaycanda məişət zorakılığı ilə bağlı mövcud statistika, İnsan alverinə rəvac verən ailədaxili zorakılığa dair DİN-nin müvafiq statistikası və onun təhlili, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələrinin statistikası və onun təhlili, Qadınlara qarşı zorakılığla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Ailələrdə qadınlara qarşı zorakılıq səbəbindən baş verən ölüm və intihar hallarının təhlili, Ailədaxili zorakılığın qurbanlarının ehtiyacları və qurbanlara göstərilə biləcək yardım formaları, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun səbəblərininin araşdırılması, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun fəsadlarının qiymətləndirilməsi, Ailədaxili zorakılıq və onunla mübarizə: milli və beynəlxalq təcrübə, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkili mexanizmləri, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində təklif və tövsiyələr, Azərbaycanda ailədaxili zorakılığla mübarizə sahəsində aidiyyəti qurumların və QHT-lərin yeri və rolu” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar, məişət zorakılığı və onun formaları barədə müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi ölkədə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə də, gənc ailələrin, eləcə də risk qruplarının (məsələn, erkən nikahın iştirakçıları, yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarət olmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|