|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində erkən nikahlar və insan alveri mövzusunda təlim kursları davam edir 2017-05-21 MAGİYA ictimai birliyi 20-21 may tarixlərində Masallı şəhərində Masallı mehmanxanasında “Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 2 müxtəlif rayonundan (Biləsuvar və Masallı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi (4661 AZN) ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 9 nəfər qız və 16 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Camal Manafov və Baş məsləhətçi Emin Nüsrətov da iştirak etmiş və gənclərlə öz bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunda heyətlə iştirakçılar arasında erkən nikahlar və insan alveri mövzusunda bir sıra məsələlər – “Erkən nikah nədir, erkən nikahlar üzrə dünya və ölkə statistikası, Erkən nikahın səbəbləri, fəsadları və profilaktikası: milli qanunvericilikdə nikah yaşının təfsiri, İnsan alveri haqqında ümumi məlumat: insan alveri qurbanları kimlərdir – risk qrupları, İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları, İnsan alveri kontekstində mənşə, tranzit və təyinat ölkəsi anlayışları, redmissiya və repatriasiya, İnsan alveri qurbanlarının ehtiyacları və problemləri, onlarla davranış və ünsiyyət qaydaları, İnsan alveri qurbanlarının reabilitasiyası – əsas prinsiplər, insan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması, qurbanların inteqrasiya və reinteqrasiya məsələləri, İnsan alveri ilə mübarizə yolları: Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlıq, Miqrant kimdir: qanuni və qeyri-qanuni miqrantlar, Miqrasiya nədir: emiqrasiya və immiqrasiya prosesləri – viza və deportasiya anlayışları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara müvafiq bukletlər və sertifikatlar təqdim edilmişdir. Sonda bütün iştirakçılar cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|