“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
““Cənub bölgəsində “Haqlarımızı bilək, hüquqlarımızı qoruyaq” adlı regional layihənin mətbuat konfransı keçirildi”

2017-04-08

08 aprel 2017-ci il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə (9999 AZN) Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramı” çərçivəsində “Haqlarımızı bilək, hüquqlarımızı qoruyaq” adlı regional layihənin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 20 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara mövcud layihənin uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Layihənin məqsədi insan haqları barədə təsəvvürləri yüksəltmək üçün televiziyada ictimai müzakirələr vasitəsi ilə ictimaiyyətin hüquqi bilik və təcrübəsini genişləndirmək, onların bu sahədə məlumatlılığını artırmaq, bütövlükdə əhalinin hüquqi maarifləndirilməsinə və məlumatlandırılmasına dəstək verməkdən ibarət olmuşdur. Tədbir zamanı bəzi iştirakçılar cari layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, ictimaiyyət üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonda hamı ictimaiyyətin hüquqi bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə layihənin donoruna minnətdarlıq etdi. Layihə üzrə televiziya verilişlərini izləmək istəyənlər “Youtube” internet portalına müraciət edə bilər (“Erkən nikahlar və boşanma halları, nikah müqaviləsi, aliment öhdəlikləri və ər-arvadın əmlak mübahisələri”, 5 fevral 2017-ci il, https://www.youtube.com/watch?v=LdTMSRBH74c&t=387; “Miras əmlakının bölgüsü və vərəsəlik mübahisələri”, 12 fevral 2017-ci il, https://www.youtube.com/watch?v=hBsvsVQn9-k&t=13s; “Qonşuluq hüququ və mülkiyyət mübahisələri”, 19 fevral 2017-ci il, https://www.youtube.com/watch?v=uYNNVcUgSiM&t=37s; “Məhkəmə instansiyaları və onlara müraciət etmə qaydaları”, 5 mart 2017-ci il, https://www.youtube.com/watch?v=29abLiGUAe8; “Yol nəqliyyat qaydaları və ictimai təhlükəsizlik”, 12 mart 2017-ci il, https://www.youtube.com/watch?v=7TRirmoJyFU&t=57s).

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur