|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində ölkə gəncləri üçün daha bir yeni layihə həyata keçirildi 2017-01-06 MAGİYA ictimai birliyi 06-08 yanvar 2017-ci il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 16 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Daşkəsən, Füzuli, Gəncə, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Laçın, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Sumqayıt, Zərdab) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (6500 AZN) “Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 12 nəfər oğlan və 14 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 25 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdaş, Bakı, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gəncə, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Laçın, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Oğuz, Siyəzən, Sumqayıt, Şabran, Şamaxı, Yardımlı, Zərdab) 79 nəfər gənc ərizəçi (34 oğlan və 45 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi cənab Nural Səfəralı, Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru cənab İlqar Əzimov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində “Cənub Turizm” MMC-nin direktoru cənab Vamiq Babayev, ekspert qismində isə “İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyinin sədri cənab Samir Axundov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında turizm və turizm bələdçiliyi sahəsində bir çox mövzular – “Turizm nədir? Kimlər turist hesab olunur? Turizm – Azərbaycanda neft sektorundan sonra ən perspektivli sahələrdən biri kimi, Azərbaycanın turizm sənayesi ilə bağlı mövcud statistika – turizmin inkişafında dövlət siyasəti, Azərbaycanın turizm sahəsi üzrə tanıdılmasında Turizm İnformasiya Mərkəzlərinin yeri və rolu, Azərbaycanda turizm infrastrukturunun vəziyyəti – mövcud turizm zonaları, Azərbaycanda turizm biznesinin artım tempi – regionaların sosial-iqtisadi inkişafında turizmin rolu, Ölkəyə gələn turistlərlə ölkədən gedən turistlər arasındakı saldo, Azərbaycanın turizm potensialı: büdcə gəlirlərinin böyük hissəsinin turizmdən əldə olunan vəsaitlər hesabına formalaşan ölkələr (Türkiyə təcrübəsi), Azərbaycanda turizmin inkişafı – turizm sahəsində investisiyaların cəlb olunması, Azərbaycan üçün turizm sahəsi üzrə prioritet ölkələr (ABŞ təcrübəsi), Azərbaycanda turizm sahəsində mövcud olan problemlər: bahalı və qeyri-peşəkar xidmətlər, Azərbaycanda turizm sahəsində mövcud olan perspektivlər: tariflərin optimallaşdırılması, çarter aviareyslərin açılması və əlavə investisiyaların yatırılması, Turizmin dünya miqyasında inkişaf tempi: turizmin müasir problemləri və inkişaf perspektivləri (Almaniya təcrübəsi), Ümumdünya Turizm Təşkilatının proqnozları və Dünya İqtisadi Forumunun (DİF) rəqabətlilik reytinqində Azərbaycanın yeri, Turizm bələdçiliyi sahəsində peşəkar bələdçi-ekskursiya rəhbərlərinin – gənc turgidlərin hazırlanması mexanizmləri” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 11 fevral 2017-ci il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar, turizm və turizm bələdçiliyi barədə müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|