|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda ölkə gəncləri üçün yeni bir layihə həyata keçirildi 2016-06-27 MAGİYA ictimai birliyi 25-27 iyun 2016-cı il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 18 yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Bakı, Füzuli, Gəncə, Goranboy, Xanlar, Laçın, Lerik, Lənkəran, Neftçala, Oğuz, Salyan, Sumqayıt, Şirvan, Şuşa, Ucar, Yardımlı) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə (7000 AZN) “İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 13 nəfər oğlan və 13 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 33 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, Göyçay, Xanlar, Qazax, Qəbələ, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Salyan, Samux, Sumqayıt, Şəki, Şirvan, Şuşa, Tovuz, Ucar, Yardımlı) 83 gənc ərizəçi (42 oğlan və 41 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi cənab Cavidan Hüseynov və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında insan alveri və qanunsuz miqrasiya sahəsində bir çox mövzular – “İnsan alveri haqqında məlumat: insan qaçaqmalçılığı – qlobal və yerli insan alveri tendensiyalarının hüquqi aspektdə və rəsmi məlumatlar əsasında təhlili; İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları – mənşə, tranzit və təyinat ölkəsi, readmissiya və repatriasiya məsələləri; Kimlər insan alverinin qurbanları sayılır: potensial insan alveri qurbanları kimlərdir – risk qrupları; İnsan alveri qurbanlarının ehtiyacları və problemləri; İnsan alveri qurbanları ilə davranış/ünsiyyət qaydaları: qurbanlarla müsahibələr – əsas məsələlər; İnsan alveri qurbanlarının reabilitasiyası – əsas prinsiplər, insan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması, qurbanların inteqrasiya və reinteqrasiya məsələləri; İnsan alveri qurbanlarının müdafiəsi istiqamətində beynəlxalq və milli qanunvericilik, proqramlar və qurbanların sığınacaqlarda yerləşdirilməsi mexanizmləri; İnsan alveri ilə mübarizə yolları: Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlıq; Azərbaycan Respublikasında insan alveri qurbanlarına göstərilən xidmətlər; İnsan alveri və məcburi əmək anlayışları, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər; Miqrant kimdir: qanuni və qeyri-qanuni miqrant, əməkçi miqrant və potensial qurbanlar – vətəndaşlığı olmayan şəxslər; Miqrasiya nədir: emiqrasiya və immiqrasiya prosesləri – viza və deportasiya anlayışları; Miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi; Əcnəbilərin ölkəyə giriş və qeydiyyat qaydaları, miqrasiya qanunvericiliyinin pozulması hallarında nəzərdə tutulan prosedurlar və cərimələr” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 09 iyul 2016-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar və insan alveri və qanunsuz miqrasiya sahəsində müvafiq bukletlər təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|