“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində seçki hüququ mövzusunda təlim kursları sona çatdı

2014-12-02

MAGİYA ictimai birliyi 01-02 dekabr tarixlərində Masallı şəhərində Masallı Mehmanxanasında “Bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılması” layihəsi çərçivəsində Masallı rayonundan olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 25 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Camal Manafov, idarənin rəis müavini cənab Oktay Ağayev, məsləhətçi cənab Emin Nüsrətov və Masallı rayon Təhsil Şöbəsinin nümayəndəsi cənab Əyyar Burhanov da iştirak etmiş və gənclərlə öz bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki hüququ mövzusunda bir sıra məsələlər – “Bələdiyyə və bələdiyyə institutu haqqında ümumi məlumat, Azərbaycanda bələdiyyə institutunun formalaşması və inkişafı mərhələləri, seçki hüququ barədə ümumi anlayış – ilk dəfə səsverənlər üçün ümumi məlumatlandırma, seçki mədəniyyəti – dünya praktikasında seçkilər, ümumi seçki formaları və keçirilmə növləri – seçkinin hüquqi tənzimlənməsi, bərabər və birbaşa seçki hüququ – seçki hüquqlarından istifadə, Azərbaycanda seçkinin formaları və keçirilməsi – seçkiləri tənzimləyən qanunvericilik, aktiv və passiv seçki hüququ – seçkidə seçici kimi iştirak etmək üçün lazım olan hüquqi sənədlər, səsvermə prosesində seçici siyahısında adların müəyyən edilməsi və səsvermə bülletenlərinin doldurulması qaydası” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara müvafiq bukletlər və sertifikatlar təqdim edilmişdir. Sonda bütün iştirakçılar cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur