|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində seçki hüququ mövzusunda təlim kursları davam edir 2014-11-29 MAGİYA ictimai birliyi 28-29 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 7 müxtəlif rayonundan (Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran və Saatlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 14 nəfər qız və 11 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Nazim Əmənullayev, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, Lənkəran bələdiyyəsinin sədr müavini cənab Azər Ələskərov, 73 saylı Lənkəran Dairə Seçki Komissiyasının nümayəndələri cənab Samid Abbasov və cənab Malik Baxşiyev də iştirak etmiş və gənclərlə öz bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki hüququ mövzusunda bir sıra məsələlər – “Bələdiyyə və bələdiyyə institutu haqqında ümumi məlumat, Azərbaycanda bələdiyyə institutunun formalaşması və inkişafı mərhələləri, seçki hüququ barədə ümumi anlayış – ilk dəfə səsverənlər üçün ümumi məlumatlandırma, seçki mədəniyyəti – dünya praktikasında seçkilər, ümumi seçki formaları və keçirilmə növləri – seçkinin hüquqi tənzimlənməsi, bərabər və birbaşa seçki hüququ – seçki hüquqlarından istifadə, Azərbaycanda seçkinin formaları və keçirilməsi – seçkiləri tənzimləyən qanunvericilik, aktiv və passiv seçki hüququ – seçkidə seçici kimi iştirak etmək üçün lazım olan hüquqi sənədlər, səsvermə prosesində seçici siyahısında adların müəyyən edilməsi və səsvermə bülletenlərinin doldurulması qaydası” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara müvafiq bukletlər və sertifikatlar təqdim edilmişdir. Sonda bütün iştirakçılar cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|