|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda qadınlar və gənclər üçün seçki məlumatlandırması kampaniyası davam edir 2014-07-18 MAGİYA ictimai birliyi 18 iyul 2014-cü il tarixində MAGİYA ictimai birliyinin ofisində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 20 nəfərə yaxın gənc üçün bir günlük təlim kursu təşkil etmişdir. “Bələdiyyə seçkilərində potensial gənc namizədlər üçün seçki maarifləndirilməsi” adlı təlim kursunda heyətlə iştirakçılar arasında bələdiyyələrlə əlaqədar bir çox mövzular – bələdiyyələr haqqında təfsilatli məlumatlar, onların səlahiyyət və funksiyaları, eləcə də bələdiyyə seçkilərinin proseduraları müzakirə olunmuşdur. Təlim kursu ərzində heyət təqdimatlar, qrup işləri və fokus qrup müzakirələri kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar cari layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|