|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| MAGİYA ictimai birliyinin icraçı direktoru Nərmin Hüseynzadə “Gənc Liderlik Proqramı – Azərbaycan (GLP)”nın iştirakçısı kimi ABŞ-ın Arizona ştatında səfərdədir 2012-09-04 Sentyabr ayının 3-dən MAGİYA ictimai birliyinin icraçı direktoru Nərmin Hüseynzadə “Gənc Liderlik Proqramı – Azərbaycan (GLP)” üzrə icma lideri kimi ABŞ-ın Arizona Ştatında səfərdədir. Proqram Təhsil və Mədəniyyət Məsələləri üzrə Amerika Şurası tərəfindən həyata keçirilir. Qeyd edək ki, GLP qısamüddətli mədəni və təhsil xarakterli mübadilə proqramı olub əsas məqsədi amerikalı və azərbaycanlı tələbələr, pedaqoqlar, fərqli etnik, dini və sosial qruplara mənsub icmalar arasındakı münasibətləri genişləndirmək və iki ölkə arasındakı əlaqələri gücləndirməkdən ibarətdir. Proqram çərçivəsində həyata keçirilən tədbirlər gənc iştirakçılarda vətəndaş cavabdehliyi hissi və icmaya xidmət həvəsi artıracaqdır. Proqram çərçivəsində icma təşkilatçılarından ibarət qrupun hazırlanması nəzərdə tutulur, hansı ki, həmin icma təşkilatçıları öz ölkələrində müştərək ictimai məqsədlər və maraqlara nail olmaq istiqamətində öz həmkarları ilə birlikdə çalışaraq öz bilik və bacarıqlarını digərləri ilə bölüşəcəklər. Əlavə edək ki, proqram təşkilatçıları gənclər üçün sosial sahibkarlıq mövzusu əsasında əhatəli gündəlik hazırlayacaqlar. Hər bir ölkədən olan iştirakçı proqram tədbirləri vasitəsi ilə bir-birinin tarixi, dili və mədəniyyəti ilə tanış olacaq və qəbul edən ölkədəki həmkarları ilə ünsiyyət yaradacaq. İştirakçılar icma ehtiyaclarına xidmət edən layihələr həyata keçirməyə və öz ölkələrinə qayıtdıqdan sonra öyrəndiklərini digərləri ilə bölüşməyə həvəsləndiriləcəklər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|