|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda regionun ən böyük gənclər layihəsinin mətbuat konfransı keçirildi 2014-03-28 28 mart 2014-cü il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə liderlik layihəsinin məzunları da daxil olmaqla, 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Onlar xüsusilə də, liderlik layihəsinin məzunları tərəfindən üç rayonda – Bərdə, Astara və Lənkəranda uğurla həyata keçirilən 4 yerli icma layihələri/təklifləri barədə danışdılar. Həmçinin onlar qeyd etdilər ki, layihənin büdcəsi 32000 dollar olmuşdur və bu da təşkilata regionda daha bir ən böyük gənclər layihəsinin həyata keçirilməsinə böyük bir imkan vermişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Azərbaycan Respublikasının regionlarından olan gənclərinin bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı NDİ və USAİD-ə minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|