|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda gənclər üçün seçki məlumatlandırması kampaniyası davam edir 2014-03-13 MAGİYA ictimai birliyi 13 mart 2014-cü il tarixində Lənkəran şəhər 73 saylı Dairə Seçki Komissiyasının ofisində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 16 nəfər gənc üçün yarım günlük görüş təşkil etmişdir. Görüş zamanı heyətlə iştirakçılar arasında Dairə Seçki Komissiyası ilə əlaqədar bir çox mövzular – “Azərbaycanda seçki praktikası, Seçki Məcəlləsi, Yerli və Beynəlxaq təcrübə” müzakirə olunmuşdur. Tədbir zamanı bəzi iştirakçılar layihə və seçkilər barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|