“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəran rayonunda “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində təlim kurslarına start verilmişdir

2014-02-07

MAGİYA ictimai birliyi 30-31 yanvar – 07 fevral 2014-cü il tarixlərində ABŞ Dövlət Departamentinin maliyyə və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı layihə çərçivəsində Lənkəran rayonunda 30 təlim kursu həyata keçirmişdir. Layihənin məqsədi icmalarda məktəb şagirdlərini, universitet tələbələrini, gəncləri və digər tərəfləri bilgiləndirmək və sonradan insan alverinin qarşısının alınması və öz icmalarında həmyaşıdları arasında təhlükəsiz miqrasiya barədə məlumatları yaymaqdan ibarətdir. Lənkəran şəhər Təhsil Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə, Lənkəran şəhər Teymur Bayraməlibəyov adına 2 saylı tam orta məktəbdə, Lənkəran şəhər Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbdə, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb – liseydə, Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə, Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb – liseydə, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə, Lənkəran şəhər Rövşən Bədəlov adına 9 saylı orta məktəbdə, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbdə, Lənkəran şəhər Azad Babayev adına 8 saylı orta məktəbdə, Mübariz Həsənov adına Şilavar kənd ümumi orta məktəbdə, Vidadi Qasımov adına Digah kənd tam orta məktəbdə, M.G.Bağırov adına Girdəni kənd orta məktəbdə, Rüfət Həsənov adına Viravul kənd 1 nömrəli tam orta məktəbdə, Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbdə, R.İbadov adına Cil kənd orta məktəbdə, R.Ağayev adına Şağlaser kənd tam orta məktəbdə, M.Qarayev adına Zövlə kənd tam orta məktəbdə, Separadi kənd tam orta məktəbdə, İdrak Hüseynov adına Osaküçə kənd tam orta məktəbdə, R.Dadaşov adına Sütəmurdov kənd orta məktəbdə, Velədi kənd ümumi orta məktəbdə, Gərmətük qəsəbə orta məktəbdə, Şürük kənd tam orta məktəbdə, Möhübbət Həmzəyev adına Səpnəkəran kənd orta məktəbdə, Ağaxan Quliyev adına Hirkan qəsəsbə tam orta məktəbdə, M.Nəzərov adına Parakənd kənd orta məktəbdə, Xanbulan kənd orta məktəbdə, Lənkəran Dövlət Humanitar Kollecində və Lənkəran Tibb Kollecində müvafiq təlim kursları təşkil olunmuşdur. Təlim kurslarında ümumilkdə 865 şagird və tələbə iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında insan alveri riskləri və təhlükəsiz miqrasiya məsələləri geniş müzakirə olunmuş və iştirakçılara müvafiq kitabça və bukletlər paylanılmışdır. Təlim kursları ərzində heyət üzvləri müxtəlif təqdimatlar, fokus qrup müzakirələri, beyin həmləsi və debat kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və mövzu ilə əlaqədar bir neçə sosial çarxlar izlənilmişdir. Sonda regiondakı şagirdlərin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donorlarına minnətdarlıq etmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur