|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda region gəncləri üçün üçüncü liderlik təlim kursu 2013-11-18 MAGİYA ictimai birliyi 16-18 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə “Region gəncləri üçün liderlik məktəbi” mövzusunda üçüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin ictimaiyyət işləri üzrə müşaviri cənab Stefan Qais və ictimaiyyət işləri üzrə şöbənin əməkdaşı xanım Gülarə Ələkbərova, eləcə də, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “İctimai Müvəkkilik (Advokasi) – ictimai maraqların qorunması, problemin seçilməsi, ictimai maarifləndirmə və ictimai vəkillik sessiyası: Advokasi - ictimai vəkillik anlayışı, Advokasi fəaliyyətinin məqsəd və məramları, Advokasi kampaniyası mərhələlərinin ardıcıllığı, Advokasiyə sistemli yanaşmanın vacibliyi, İnformasiya təminatı, maarifləndirmə və təbliğat, İctimaiyyətlə əlaqələr (PR), İcma səviyyəli ictimai müvəkkilik, İctimaiyyətin səfərbər olunması, Sosial tərəfdaşlıq; Advokasi kampaniyasında problemin qoyuluşu, informasiyanın toplanması və təhlili sessiyası: Məsələ və problem anlayışları, Məsələnin seçilməsi və problemin qoyuluşu, Advokasi kampaniyası üçün problemin seçim meyarları, Advokasi kampaniyası üçün informasiyanın toplanması üsulları, Advokasinin əsas strategiyası, Strategiya və Taktika anlayışları, Advokasi zamanı səmərəli strategiya və onun taktiki növləri, Qanunvericilik vasitəsilə Advokasi, Məhkəmələr vasitəsilə Advokasi, Dəstək bazasının genışlənməsi vasitəsilə Advokasi, KİV vasitəsilə Advokasi; Strateji planlaşdırma, strategiyanın təyini - taktiki mülahizələr sessiyası: Məqsəd: qısa müddətli məqsəd, uzun müddətli məqsəd, Strategiya, Strategiyanın məqsədlə əlaqəsi, Nəticə yönümlü strategiya, Taktika və taktiki mülahizələr, Risklərin təyin olunması və risklərin dəf edilməsi; Kampaniyanın mesajının hazırlanması sessiyası: Mesajın forması və çatdırılma üsulları, Effektiv mesajın meyarları, Beyin həmləsi texnikasından istifadə” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|