|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində HİV/AİDS və narkomaniyaya qarşı mübarizə davam edir 2013-11-13 MAGİYA ictimai birliyi 12-13 noyabr tarixlərində Astara şəhərində Şindan otelində “Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru!” layihəsi çərçivəsində Azərbaycan Respublikasının müxtəlif bölgələrindən (Astara, Biləsuvar, Cəlilabad, İmişli, Lerik, Lənkəran, Masallı, Saatlı, Sumqayıt və Yardımlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 8 nəfər qız və 17 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Astara rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Ərçə Əliyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi ilə əlaqədar bir çox mövzular – “HİV/AİDS, HİV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar səsvermə yolu ilə 10 fəal gənci 04-05 Dekabr 2013-cü il tarixində Lənkərandakı “Təlimçilər üçün təlim” adlı zonal təlim kursuna seçdilər. Onlar həmçinin cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|