“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda regionlardan olan gənclər üçün üçüncü liderlik təlim kursu

2013-11-11

MAGİYA ictimai birliyi 09-11 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda üçüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa bir nəfər qonaq – BMT-nin İctimai İnformasiya Şöbəsinin nümayəndəsi cənab Zəka Quluyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “İctimai Müvəkkilik (Advokasi) – ictimai maraqların qorunması, problemin seçilməsi, ictimai maarifləndirmə və ictimai vəkillik sessiyası: Advokasi - ictimai vəkillik anlayışı, Advokasi fəaliyyətinin məqsəd və məramları, Advokasi kampaniyası mərhələlərinin ardıcıllığı, Advokasiyə sistemli yanaşmanın vacibliyi, İnformasiya təminatı, maarifləndirmə və təbliğat, İctimaiyyətlə əlaqələr (PR), İcma səviyyəli ictimai müvəkkilik, İctimaiyyətin səfərbər olunması, Sosial tərəfdaşlıq; Advokasi kampaniyasında problemin qoyuluşu, informasiyanın toplanması və təhlili sessiyası: Məsələ və problem anlayışları, Məsələnin seçilməsi və problemin qoyuluşu, Advokasi kampaniyası üçün problemin seçim meyarları, Advokasi kampaniyası üçün informasiyanın toplanması üsulları, Advokasinin əsas strategiyası, Strategiya və Taktika anlayışları, Advokasi zamanı səmərəli strategiya və onun  taktiki növləri, Qanunvericilik vasitəsilə Advokasi, Məhkəmələr vasitəsilə Advokasi, Dəstək bazasının genışlənməsi vasitəsilə Advokasi, KİV vasitəsilə Advokasi; Strateji planlaşdırma, strategiyanın təyini - taktiki mülahizələr sessiyası: Məqsəd: qısa müddətli məqsəd, uzun müddətli məqsəd, Strategiya, Strategiyanın məqsədlə əlaqəsi, Nəticə yönümlü strategiya, Taktika və taktiki mülahizələr, Risklərin təyin olunması və risklərin dəf edilməsi; Kampaniyanın mesajının hazırlanması sessiyası: Mesajın forması və çatdırılma üsulları, Effektiv mesajın meyarları, Beyin həmləsi texnikasından istifadə müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur