|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda region gəncləri üçün birinci liderlik təlim kursu 2013-10-28 MAGİYA ictimai birliyi 26-28 oktyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində Azərbaycanın 13 müxtəlif regionundan (Ağdam, Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, Qəbələ, Lənkəran, Masallı, Neftçala, Sumqayıt və Yevlax) olan 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə “Region gəncləri üçün liderlik məktəbi” mövzusunda birinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər oğlan və 10 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycan Respublikasının 20 müxtəlif bölgəsindən (Ağcəbədi, Ağdam, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Göygöl, İsmayıllı, Qazax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Neftçala, Sumqayıt, Ucar və Yevlax) 34 gənc ərizəçi (21 kişi və 13 qadın) Liderlik Məktəbi üçün müraciət etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “Vətəndaş cəmiyyəti konsepsiyası – cəmiyyət, vətəndaş fəaliyyəti, hüquq və vəzifələr, vətəndaş cəmiyyəti institutları, ictimai fəaliyyət və onun genişləndirilməsi, vətəndaş mövqeyi - vətəndaş baxışı, təhsil konsepsiyası – formal təhsil, formal olmayan təhsil, qeyri-formal təhsil (QFT), QFT imkanları, gənclərin şəxsi və peşəkar inkişafı, karyera konsepsiyası – CV formaları haqqında məlumat, CV formalarının hazırlanmasının təqdimatı, mükəmməl CV-nin hazırlanması, motivasiya məktubunun hazırlanması, iş, iş haqqında informasiya əldə etməyin yolları, iş axtarışı bacarığı, uğurlu bir iş tapmağın effektiv yolları, karyera məsləhət mərkəzləri/imkanları, müsahibə və uğurlu müsahibənin sirrləri, işgüzar davranış qaydaları, demokratiya və insan hüquqları konsepsiyası – demokratiya, demokratiyanın əsas dəyərləri, demokratiya və vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqları, uşaq hüquqları, Beynəlxalq və yerli insan hüquqları institutları, gender anlayışı, tolerantlıq və stereotiplər – gender bərabərliyi, tolerantlıq - fərqləndirici xüsusiyyətləri qəbul etmək və onlara hörmət etmək, stereotiplər - yazılmamış qanunlar” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlara baxılmışdır. Təşkilatçılar həmçinin iştirakçılarla layihənin gələcək fəaliyyətlərini, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|