|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda ilk dəfə səsverən gənclər üçün məlumatlandırma kampaniyası başlanıldı 2013-05-08 MAGİYA ictimai birliyi 08 may 2013-cü il tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 27 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. “Gənclər və bələdiyyə arasında məlumatlandırma” adlı təlim kursunda Lənkəran bələdiyyəsinin üzvü cənab Azər Ələskərov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kompaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|