“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” layihəsinin mətbuat konfransı keçirildi

2012-12-13

13 dekabr tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 3000 manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 ay olmaqla, 01 oktyabr – 28 dekabr 2012-ci il tarixlərini əhatə etmişdir. Layihə çərçivəsində “CTV” Regional Televiziya Şirkəti tərəfindən canlı yayımlanan “Müzakirə” verlişində ictimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar 4 dəfə əhalinin hüquqi maarifləndirilməsi və məlumatlandırılması təşkil olunmuşdur. Bu zaman televiziya proqramlarında “Erkən nikahlar, boşanmalar və aliment öhdəlikləri” (31 oktyabr), “Ər-arvadın əmlak mübahisələri və məhkəmə çəkişmələri” (14 noyabr), “Miras əmlakının bölgüsü və vərəsəlik mübahisələri” (28 noyabr) və “Qonşuluq hüququ və mülkiyyət mübahisələri” (12 dekabr) mövzuları müzakirə edilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, ictimaiyyət üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonunda ictimaiyyətin hüquqi bilik və bacarıqlarının artırılması istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdi.   

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur